Abilitasiya

Abilitasiya (lat. abilitatiolat. habilis sözlərindən götürülüb rahat, uyğunlaşan mənasına gəlir) — əlil və ya psixoloji cəhətdən zəif şəxslərin (məsələn, məhkumların) cəmiyyət həyatına uyğunlaşdırılmasına yönəldilmiş müalicəvi, pedaqoji, psixoloji və ya sosial tədbirlər toplusudur. Sözün əsl mənasında abilitasiya istənilən fəaliyyət növünə hazırlıqdır. Abilitasiyadan hələ cəmiyyət həyatına uyğunlaşmamış azyaşlı uşaqlar üçün də istifadə olunur.

Bu termindən nəqliyyat proseslərini təsvir etmək üçün də istifadə oluna bilər. Belə ki, nəqliyyat proseslərinin abilitasiya müddəti dedikdə köhnə nəqliyyat proseslərinin yekunlaşdırılması və yeni nəqliyyat proseslərinə tədricən keçid nəzərdə tutulur.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search